Çavuşoğlu Latın Amerikası ölkələrinə səfər edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu aprelin 23-də
Latın Amerikası ölkələrinə səfər edəcək.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər
Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, aprelin 23-dən 29-dək XİN rəhbəri Uruqvay,
Braziliya, Ekvador, Kolumbiya, Panama və Venesuelaya səfər
edəcək.

Türkiyəli nazir ikitərəfli münasibətlərin perspektivlərini,
həmçinin regional və beynəlxalq məsələləri müzakirə edəcək.