BMT-nin baş katibi Ukraynana aprelin 28-i səfər edəcək

BMT-nin baş katibi Antonio Quterreş aprelin 28-i Ukraynaya səfər
edəcək.

Trend xəbər verir ki, bunu BMT-nin baş katibinin rəsmi
nümayəndəsi Stefan Cüjarrik deyib.

Onun sözlərinə görə, A.Quterreş Ukrayna Prezidenti Volodimir
Zelenski və XİN rəhbəri Dmitri Kuleba ilə görüşəcək.

Bundan əlavə, baş katib BMT-nin Ukraynadakı agentliklərinin
əməkdaşları ilə Ukrayna xalqına humanitar yardımın
genişləndirilməsini müzakirə edəcək.