Çavuşoğlu: Bizə inanmırsınızsa, onları dinləyin!

Çavuşoğlu: Bizə inanmırsınızsa, onları dinləyin!

Kürd qardaşlarımıza ən çox ziyan verən, düşmən mövqe sərgiləyən PKK-dır.

AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Bəzən deyirlər ki, Suriyada YPG-dir, PKK-dan fərqlidir. Dolayısıyla “Biz onları terrorçu kimi görmürük” deməyə çalışırlar. Hazırda NATO-ya daxil olmaq istəyən iki ölkə də eyni sözləri deyir. Amma biz onlara izah edirik: PKK və YPG arasında heç bir fərq yoxdur, hər ikisi terror təşkilatıdır. Terror qrupları arasında sanki fərqlilik var imiş. Əgər kürdlərin haqlarının nə olduğunu öyrənmək istəyirsinizsə, o zaman Diyarbəkirdə anaları, ataları ziyarət edin. Bizə inanmırsınızsa, onları dinləyin”, – deyə XİN rəhbəri bildirib.

Teqlər: