Cavanşir Quliyevin son durumu…

Cavanşir Quliyevin son durumu…

Türkiyədə müalicə olunan əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin səhhəti normallaşıb.

AzerTimes xəbər verir ki, bu barədə Report-a İstanbuldakı şəhid Mübariz İbrahimov adına məktəbin rəhbəri Aygün Həsənoğlu məlumat verib.

O bildirib ki, Cavanşir Quliyev müalicə olunduğu İstanbul Acıbadəm xəstəxanasında intensiv şəraitdən stasionar müalicəyə köçürülüb:

“Reanimasiyadan palataya gətirlib. Bir neçə dəfə əməliyyat olunub, hazırda həkimlər səhhətinin yaxşılaşdığını və müalicələrə çox müsbət reaksiya verdiyini bildiriblər”.

Qeyd edək ki, fevralın 5-də İstanbulda işgüzar səfərdə olan sənətkarın səhhəti qəflətən pisləşib və o, Etfal Araşdırma Xəstəxanasına aparılıb, sonradan Acıbadəm Xəstəxanasına nəql edilib.

Bəstəkarın müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilir.

Teqlər: