Çarli Çaplinin qızı dünyasını dəyişdi

Çarli Çaplinin qızı dünyasını dəyişdi

Dünya şöhrətli aktyor Çarli Çaplinin qızı aktrisa Cozefina Çaplin 74 yaşında Fransada dünyasını dəyişib.

AzerTimes xəbər verir ki, onun ölümüylə bağlı ailəsi bu gün məlumat yayıb.

Bildirilir ki, aktrisa iyulun 13-ü Parisdə dünyasını dəyişib.

Xatırladaq ki, C.Çaplin “Kenterberi nağılları”, “Dörd muşketyor” kimi bir çox filmlərdə rol alıb.

Qeyd edək ki, Cozefina Çarli Çaplinin dördüncü arvadı Una O’Nildən olan övladıdır.

Teqlər: