Cari ilin 9 ayı ərzində təbiətə vurulan zərər açıqlandı

Xəbər - Çingiz Səfərli – Trend:

2021-ci ilin 9 ayı ərzində xüsusi mühafizə olunan təbiət ərazilərində qanunsuz ağac kəsilməsi ilə bağlı 24 fakt üzrə 22 şəxs ümumilikdə 14 000 manat məbləğində inzibati qaydada cərimə olunub.

Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə məlumat verib.

Onun sözlərinə görə, 194 ədəd ağac kəsilib, təbiətə ümumilikdə 24 935 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.


“2 iş üzrə cinayət tərkibi yarandığı üçün aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət olunub. 2 mühafizə işçisinin əmək müqaviləsinə xitam verilib və 5 mühafizə işçisi barəsində intizam tənbeh tədbiri görülüb”, – deyə o bildirib.

Twitter: @cingizsafarli

Teqlər: