Çaqqallar hücum etdi: ürəktutmasından öldü

Çaqqallar hücum etdi: ürəktutmasından öldü

Bu gün səhər saatlarında Neftçala rayonunun Aşağı Surra kənd sakini, 43 yaşlı İxtiyar Tarverdiyevin yaşadığı evin həyətində vəfat etməsi ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.

AzerTimes xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşlarının həmin ünvanda olduqlarını və meyitə baxış keçirdiklərini deyib.

İlkin araşdırma zamanı həmin şəxsin yaşadığı evin həyətində çaqqalların hücumuna məruz qaldığını, şəkər və ürək xəstəliyindən əziyyət çəkdiyinə görə qorxudan ani ürəktutmasından vəfat etməsi müəyyən edilib. İ.Tarverdiyevin ailə üzvləri də izahatlarında onun qorxudan vəfat etməsini təsdiqləyiblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Teqlər: