Camalovun qardaşı oğlu “İnterpol”a rəis müavini getdi

Camalovun qardaşı oğlu “İnterpol”a rəis müavini getdi

Azərbaycanda “İnterpol”un Milli Mərkəzi Bürosuna yeni rəis müavini təyin olunub.

AzerTimes Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polkovnik Namiq Camalov vəzifəsindən azad olunaraq sözügedən quruma rəis müavini təyin edilib.

Qeyd edək ki, Namiq Camalov sabiq müdafiə sənayesi naziri, mərhum Yavər Camalovun qardaşı oğludur.

Teqlər: