Çalışırıq Bakıda keçirilən Dünya Kuboku yarışlarında yaxşı nəticə göstərək – ukraynalı gimnast

Bakıda keçirilən idman gimnastikası üzrə FIG Dünya Kubokunda
yaxşı nəticələr göstərməyə çalışırıq.

Bu barədə şənbə günü AzerTimes-a paralel qollarda hərəkətlər üzrə
Dünya Kubokunda qızıl medal qazanan Ukrayna idmançısı İlya Kovtun
deyib.

“Səfərdən təəssüratlarımız yaxşıdır, Bakıya yarışların
başlanğıcına bir həftə qalmış gəlmişik. Bizi səmimi qarşıladılar,
yarışa hazırlıq yaxşı keçdi, Azərbaycan Gimnastika Federasiyası çox
kömək etdi, hər cür şərait yaratdı. Biz də öz növbəmizdə yaxşı
nəticə göstərməyə çalışırıq”, – deyə o bildirib.

Ukraynalı idmançının sözlərinə görə, gərgin məşq yarışda yaxşı
nəticə əldə etməyə kömək edib.

“Çətin məşqlər qələbə qazanmağa kömək etdi. Bu gün paralel
qollar üzərində proqramı yaxşı yerinə yetirməyi bacardım. Xalçada
sərbəst hərəkətlərdə də medal qazanacağımı gözləyirdim, lakin səhv
etdim, bu o deməkdir ki, dahayarışlarında iştirak edəcəm, proqramı
səhvsiz başa vurmağa çalışacağam”, – deyə o, yekunlaşdırıb.

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Bakıda Milli
Gimnastika Arenasında daha bir mötəbər yarış – kişi və qadın idman
gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir. Yarışda dünyanın 34
ölkəsindən 145 gimnast iştirak edir.

Teqlər: