ABŞ səfiri Bakıda FIG Dünya Kuboku çərçivəsində ölkəsinin idmançıları ilə görüşüb (FOTO)

ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberger Bakıda Milli
Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə
keçirilən FIG Dünya Kuboku çərçivəsində ölkəsindən olan idmançılar
ilə görüşüb.

Trend xəbər verir ki, Bakıda dörd gün davam edən dünya
çempionatı yarışlarının ilk iki günündə seçmə mərhələlər, qalan
günlərdə isə final mərhələsi keçirilir.

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Bakıda Milli
Gimnastika Arenasında daha bir mötəbər yarış – kişi və qadın idman
gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir. Yarışda dünyanın 34
ölkəsindən 145 gimnast iştirak edir.

Teqlər: