Cadugərdən inanılmaz: Putindən sonra Kadırov gələcək

Cadugərdən inanılmaz: Putindən sonra Kadırov gələcək

Ukraynalı ekstrasens və taroloq Maks Qordeyev inanılmaz öngörü ilə çıxış edib.

AzerTimes xəbər verir ki, məşhur cadugər Rusiya Prezidenti Vladimir Putinin öləcəyi “dəqiq tarixi” bildiyini deyib.

“Qutuda 22 kart – 22 müəmma… Kartları bir-bir çıxaracağam və biz onun (Putin – red.) neçə aydan sonra mümkün ölümünün baş verəcəyini görəcəyik… Kart ilə 9 aydır… Amma siz anlamalısınız ki, bu ölüm ehtimal olunandır. Görürəm ki, tale onunla nə edəcəyi haqda qərar verir”, – deyə o bildirib.

Qordeyev Putinin ölümü məsələsinə köklənməməyi məsləhət bilib, çünki ondan sonra kimin gələcəyi bəlli deyil:

“Ola bilər ki, o ölər, əvəzinə daha pisi gələr. Buna görə də mən ulduzlara, taleyə və kainata inanmağı məsləhət görürəm. Onlar nə etdiklərini bilirlər. Əlbəttə, Putin öləndə hamı sevinəcək. Ancaq o, o vaxt ölməlidir ki, yerinə daha böyük tiran gəlməsin. Qorxuram ki, bu, “don” (Ramzan Kadırov nəzərdə tutulur – red.) olar, çünki belə əlamətlər var”.

Teqlər: