Byazi millimizin qələbəsini belə şərh etdi

Byazi millimizin qələbəsini belə şərh etdi

Nəticəyə görə şadam. Uşaqlar çox əziyyət çəkdilər. Əvvəlki matçlarda da yaxşı oynamışdıq. 3 gün öncə burada Slovakiyaya uduzmuşduq. Qələbə bizim üçün yaxşı oldu.

AzerTimes xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Bakıda Belarus yığmasına 2:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur oyunundan sonra “CBC Sport”a açıqlamasında deyib.

66 yaşlı italiyalı mütəxəssis bildirib ki, son dəqiqələrdə sistemi dəyişdikdən sonra hücum futbolu sərgiləyiblər: “Meydana sonradan daxil olan futbolçular daha hazır idilər v bu da nəticədə öz əksini tapdı”.

O, oyunun sonlarında yorulan Emin Mahmudovu əvəzləməməsinin səbəbini açıqlayıb: “O, bizim üçün vacib oyunçdur. Əmin idim ki, sonadək oynayacaq. Bu səbəbdən meydanda qalmasını lazım bildim”.

De Byazi hazırda qrup lideri olan Qazaxıstan millisinin güclü komanda olduğunu söyləyib:

“Orada çempionat davam edir. Bizdə isə mövsüm bitib. Bu səbəbdən onlar fiziki cəhətdən daha hazırdırlar. Sentyabrda bu rəqiblə Bakıda qarşılaşacağıq və onları məğlub etməyə çalışacağıq”.

Teqlər: