Ermənilər Muradı azərbaycanlı bilib öldürüblər – Video

Ermənilər Muradı azərbaycanlı bilib öldürüblər – Video

İyunun 11-də Vladivastokda baş verən qətl hadisəsinin detalları üzə çıxıb.

AzerTimes xəbər verir ki, bu barədə Publika.az-a Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin fəxri prezidenti Şahin Məmmədov danışıb.

O hadisənin baş verməsi haqda yayılan məlumatı təsdiqləyib:

“Həqiqətən həmin gün saat 22:00 radələrində 79 yaşlı taksi sürücüsü Sergey Qriqoryanın maşınına 35 yaşlı Murad Osmanov əyləşib. Bu zaman aralarında mübahisə yaranıb. M.Osmanov sürücüyə 2 bıçaq zərbəsi endirib. O, ehtiyatsızlıqdan əlini də kəsib. Erməni əsilli yaralı şəxs avtomobildən düşərək qışqırmağa başlayıb. Bu zaman polislər onu və M.Osmanovu saxlayaraq xəstəxanaya aparıblar. Xəstəxanada S.Qriqoryanın nəvəsi hücum edərək Murada iki bıçaq zərbəsi endirib. Sonra onun böyük oğlu isə tapançadan atəş açaraq M.Osmanovu qətlə yetirib”.

Onun sözlərinə görə, M.Osmanovun milliyətini heç kim araşdırmayıb. O, qətldən öncə adının Murad Osmanov olduğunu deyib:

“Vladiqafqazda 12 minə yaxın azərbaycanlı, 11 minə yaxın erməni yaşayır. Qarabağ müharibəsi ilə əlaqədar yaranan münasibətlərə görə hamı elə bilib ki, M.Osmanov azərbaycanlıdır. Sonra məlum olub ki, həmin şəxsin atası balkar milliyətindəndir, anası isə astinkadır.

Bundan sonra erməni diasporası burada bizimlə görüşdü və üzr istədi. Dedilər ki, biz elə bilirdik, sizin milliyətdən olan şəxs öldürüb. Ölən şəxsin isə Azərbaycan milliyətinə heç bir aidiyyəti yoxdur”.

Göründüyü kimi, ermənilərin o qədər aqressiv olmasına səbəb Murad Osmanovu azərbaycanlı hesab etmələridir. Onlar xəstəxanada, polisin gözü qarşısında M.Osmanovu əvvəlcə bıçaqla vurur, daha sonra isə tapança ilə qətlə yetirirlər və dolayısı ilə etiraf edirlər ki, onu azərbaycanlı bilib öldürüblər.

Teqlər: