BVF Ukraynaya 1,4 milyard dollar ayıracaq

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Direktorlar Şurası
Ukraynaya Rapid Financing Instrument (RFI) fövqəladə dəstək
proqramı çərçivəsində 1,4 milyard dollar məbləğində əlavə maliyyə
vəsaitinin ayrılması qərarını təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə Ukrayna Milli Bankının mətbuat
xidməti məlumat yayıb.

Bildirilir ki, RFI proqramı çərçivəsində alınan vəsaitlər dövlət
büdcəsinin prioritet xərclərinin maliyyələşdirilməsinə və
Ukraynanın tədiyə balansını qorunmasına kömək edəcək.

“Müraciətimizə çevik reaksiya verdiyinə görə Fonda
minnətdarlığımızı bildirir və vəsaitin qəbulu ilə bağlı bütün
prosedurların tezliklə başa çatacağına ümid edirik. Ölkəmiz üçün
belə çətin bir zamanda beynəlxalq tərəfdaşların təcili dəstəyi son
dərəcə vacibdir”, – Ukrayna Milli Bankının başçısı Kiril Şevçenko
vurğulayıb.

Teqlər: