BVF-nin Azərbaycan üzrə icraçı direktoru Ağdama səfər edib (FOTO)

Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə icraçı direktoru
Piotr Trabinski Ağdama səfər edib.

Trend-in
məlumatına görə, bunu özünün “Twitter” səhifəsində Qarabağ iqtisadi
rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu
istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəsi Emin Hüseynov yazıb.

“Bu gün Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə icraçı
direktoru Mr. Piotr Trabinski Ağdama səfər edib. Səfər zamanı Mr.
Piotr Trabinskini işğal dövründə dağıdılmış Ağdam abidələri və
Ağdamdakı yenidənqurma işləri ilə tanış etdik”, – deyə E.Hüseynov
qeyd edib.

Teqlər: