BMT-nin baş katibi Rusiyanın daimi nümayəndəsi ilə əlaqə saxlayıb

Fevralın 22-də BMT-nin baş katibi Antoniu Quterreş Rusiya
Federasiyasının təşkilatdakı daimi nümayəndəsi Vasili Nebenzya ilə
söhbət edib.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu baş
katibin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib.

“Baş katib ilə cənab Nebenzya arasında dünən təmas olub”, – deyə
S.Cüjarrik bildirib.


BMT baş katibinin ofisindən həmçinin bildirilib ki, Ukraynanın
şərqində təmas xəttinin hər iki tərəfində humanitar vəziyyət
dəhşətlidir.