Bütün Qazaxıstan vahid saat qurşağına keçir

Bütün Qazaxıstan vahid saat qurşağına keçir

Martın 1-dən bütün Qazaxıstanda vahid saat qurşağı tətbiq ediləcək.

AzerTimes xəbər verir ki, bununla bağlı hökumətin “Qazaxıstan Respublikası ərazisində vaxtın hesablanması qaydası haqqında” qərarında müvafiq dəyişikliklər edilib.

Beləliklə, 5-ci saat qurşağı (UTC+5) Qazaxıstan Respublikasının bütün ərazisinə tətbiq ediləcək.

“Astana, Almatı, Çimkənt, Akmola, Cambıl, Qaraqanda, Kostanay, Pavlodar, Şimali Qazaxıstan, Türküstan, Şərqi Qazaxıstan vilayətləri və Abay, Jetisu, Ulıtau rayonlarında 2024-cü il 29 fevraldan 1 marta keçən gecə vaxt 1 saat geri çəkilməlidir”, – sənəddə qeyd olunur.

Qeyd edək ki, bu gün Qazaxıstanda iki saat qurşağı UTC+5 və UTC+6 var. Ölkə ərazisinin böyük hissəsi (qərb rayonları istisna olmaqla) UTC+6 zonasında yerləşir.

Teqlər: