Türkiyədə Təbii Qaz Paylama və Ticarət Mərkəzinin yaradılması üzrə işlər yekunlaşmaq üzrədir. Bu il ilk ticarət əməliyyatını həyata keçirməyə hazırlaşırıq.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz danışıb.
“Bu məsələni müzakirə etdiyimiz bütün dövlətlərin nümayəndələri Türkiyə mərkəzi layihəsini dəstəkləməyə hazır olduqlarını bəyan etdilər”, – F.Dönməz qeyd edib.