Bütün ölkə üzrə noyabrın pensiya ödənişi başa çatıb

Xəbər - Humay Ağacanova – Trend:

Ölkə üzrə noyabr ayının pensiyaları tam ödənilərək başa çatdırılıb.

Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Məlumatda qeyd olunur ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla bütün ölkə üzrə noyabr ayının pensiyaları ödənilib.

Vətəndaşlar pensiyalarını kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Qeyd edək ki, 2021-ci il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 214,1 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1257,4 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,1 faizini təşkil edir.

Teqlər: