Bütöv Azərbaycan xəritəsi İran kanalında yayıldı – Video

Bütöv Azərbaycan xəritəsi İran kanalında yayıldı – Video

İran Televiziyasında Bütöv Azərbaycanın xəritəsi efirə verilib.

AzerTimes xəbər verir ki, bu barədə Teleqram kanalları görüntü paylaşıb.

Belə ki, Təbrizin Səhənd stadionundan canlı yayımlanan futbol oyununda azarkeşlər Bütöv Azərbaycanın xəritəsini qaldırıblar.

Oyunu canlı yayımlayan televiziyalardan biri görüntüləri efirə buraxıb.

Bütöv Azərbaycanın xəritəsinin efirə getməsi səbəbindən televiziyanın məsul şəxslərinin cəzalandırıldığı bildirilir.

Qeyd edək ki, bundan öncə “Traktor”un 3 azarkeşinin də saxlanıldığı bildirilmişdi. Ehtimal olunur ki, onlar da açdıqları plakata və səsləndirdikləri milli şüarlara görə həbs edilib.

Teqlər: