“Buta Airways” martın 3-nə Kiyevə olan reysini ləğv edib

Xəbər - Fərid Zöhrabov – Trend:

“Buta Airways” aşağıbüdcəli aviaşirkəti Ukraynada davam edən
qeyri-sabit vəziyyətlə əlaqədar martın 3-nə planlaşdırılan
Bakı-Kiyev-Bakı marşrutu üzrə sərnişin reysini ləğv etdiyini
açıqlayıb.

“Buta Airways”dən Trend-ə verilən məlumata görə, ləğv edilmiş reyslərin
sərnişinləri uçuş tarixini dəyişə və ya cərimə tətbiq edilmədən
aviabiletləri geri qaytara bilərlər.

“Bütün sərnişinlərimizdən ən son uçuş məlumatlarını aviaşirkətin
rəsmi sosial şəbəkə səhifələrində izləmələrini xahiş edirik”, –
məlumatda qeyd edilir.

Teqlər: