Bursa və İzmirdə meşə yanğını

Bursa və İzmirdə meşə yanğını

19:30

Türkiyənin Bursa şəhərində meşəlik ərazidə yanğın baş verib.

AzerTimes xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Məlumata görə, yanğınsöndürənlər alovu söndürmək üçün havadan və qurudan müdaxilə edir. Küləyin təsiri ilə alov sürətlə yayılır.

***

İzmirin Qaziemir rayonunda Nəqliyyat Məktəbi ətrafında meşə yanğını baş verib.

Bu barədə Türkiyə Meşə Regional Müdirliyi bildirib.

Yanğına iki təyyarə, beş helikopter, 12 çiləyici, dörd su təchizatı maşını və dörd dozerlə müdaxilə olunub.

Təxminən 1 saat davam edən yanğın nəzarət altına alınıb.

Teqlər: