Buraxılış imtahanlarının nəticələri niyə gec açıqlanır? – AÇIQLAMA

Buraxılış imtahanlarının nəticələrinin gec elan olunmasının
səbəbi açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki,
yazılı cavab tələb edən tapşırıqların yoxlanılması uzun müddət
tələb edir.

“Bu səbəbdən buraxılış imtahanlarının nəticələri gec açıqlanır”,
– deyə əlavə edilib.

Qeyd edək ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 5-6 mart
2022-ci il tarixlərində keçirilən buraxılış imtahanlarının
nəticələri 1 aprel tarixində elan olunub.

12-13 mart 2022-ci il tarixlərində keçirilmiş buraxılış
imtahanlarının nəticələrinin isə aprelin 10-dək elan olunması
nəzərdə tutulsa da, hələ də cavablar açıqlanmayıb.

Teqlər: