![Bunun üçün İrana təzyiqləri artıracağıq – ABŞ Bunun üçün İrana təzyiqləri artıracağıq – ABŞ](https://azertimes.az/wp-content/uploads/bunun-ucun-irana-tezyiqleri-artiracagiq-abs-300x200.jpg)
![](https://azertimes.az/wp-content/uploads/bunun-ucun-irana-tezyiqleri-artiracagiq-abs.jpg)
ABŞ İran neftinin ixracının qarşısını almaq üçün Tehrana təzyiqləri artırmaq niyyətindədir.
AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.
“Biz neft ixracını pozmaq üçün gündən-günə işləyirik. Əvvəldə qeyd etdim ki, 200-dən çox şirkət və fiziki şəxsə sanksiyalar tətbiq etmişik, 50-dən çox gəmini bloklamışdıq və digər tankerləri müəyyənləşdirməyə davam edirik”, – o bildirib.
Blinken ABŞ-ın İran neftinin ixracı ilə məşğul olan tankerlərin qeydiyyatdan çıxarılması üçün tədbirlər görmək niyyətində olduğunu da vurğulayıb.