Bunu təhdid kimi qəbul edirik – Ryabkov

Bunu təhdid kimi qəbul edirik – Ryabkov

Qərbin hərbi-bioloji aktivliyini təhdid kimi qəbul edirik.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Onun sözlərinə görə, ABŞ və müttəfiqlərinin nəzarətsiz, son dərəcə təhlükəli hərbi-bioloji fəaliyyəti bütün dünya ictimaiyyətinin diqqətini tələb edir.

“Biz Qərb dövlətlərinin bu cür fəaliyyətini Rusiya və digər dövlətlərin milli təhlükəsizliyinə real təhdid kimi qiymətləndiririk”, – deyə rusiyalı rəsmi bildirib.

Teqlər: