Bunu erməni diasporunun könlünü almaq üçün etdilər

Bunu erməni diasporunun könlünü almaq üçün etdilər

ABŞ və Fransa səfirlərinin Şuşaya səfər etməməsinin iki əsas səbəbi var. Birinci səbəb ondan ibarətdir ki, Ermənistanda daxili siyasət gərginləşir, antirusiya şüarları daha çox səslənir. Artıq Ermənistanda siyasi elita və ictimaiyyət başa düşür ki, Ermənistanın Rusiyadan müdafiə üçün kömək gözləməsi əbəsdir.

Bu sözləri AzerTimes-a keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ və Fransa səfirlərinin Şuşaya getməməsi ilə bağlı danışarkən deyib.

O bildirib ki, ikinci səbəb ABŞ-da noyabrda keçiriləcək Konqres seçkiləridir:

“Demokratların vəziyyəti ağır olduğuna görə onlar bu şəkildə erməni diasporunun könlünü almaq istəyirlər.
Hesab edirəm ki, biz bu məsələyə çox da önəm verməməliyik. Artıq rəsmi şəkildə mövqe bildirilib. Bu isə çox düzgün bir addım idi. Xatırladım ki, bundan əvvəl Rusiya səfiri də Şuşaya getmirdi. Lakin bir müddən sonra getdi. Fikrimcə, noyabrdan sonra yeni gələn Amerika, eləcə də Fransa səfiri mütləq Şuşaya gedəcəklər. Bu, bizim üçün önəmli deyil. Əsas əhəmiyyət kəsb edən odur ki, Qarabağa Azərbaycan əsgəri yerləşib”.

Teqlər: