Buna yol verənlər işdən azad olundular – Nazir

Buna yol verənlər işdən azad olundular – Nazir

Araşdırmalar zamanı müəyyən nöqsanlar aşkarlandı və həmin nöqsanlara yol verən işçilər işdən azad olundular. Bu kimi hallar olmaması üçün cəhd göstəririk.

AzerTimes xəbər verir ki, bu sözləri Report-a müsahibəsində Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Nazirliyin gənclər təşkilatları arasındakı qrand müsabiqələrindəki şəffaflıq barəsində danışarkən deyib.

Nazir bildirib ki, dövlətin gənclər təşkilatlarına dəstəyi olmalıdır:
“Bununla bağlı sərəncamlar da var. Biz də çalışırıq ki, dəstək olaq. Onların əsas gəlirləri bu qrantlardan olur. Qaldı ki, şəffalığa, nəinki gənclər təşkilatları ilə iş sahəsində, həmçinin idman sahəsində də çalışırıq ki, daim buna ciddi nəzarət edək. Bundan sonra da belə hallar aşkar olunarsa, mütləq qanunlar çərçivəsində müvafiq tədbirlər görüləcək. Təbii ki, hansısa insan səhvləri mümkündür. Bunları qəbul edə bilirik. Amma söhbət şəffaflıqdan gedirsə, burada Hesablama Palatasının yoxlamalarını gözləməyə gərək yoxdur. Biz hamımız öz vətənimiz üçün obyektiv, ədalətli olmalıyıq. Gənclərlə söhbətlərimiz zamanı əsas səsləndirdiyimiz fikirlərdən biri də bu idi ki, vətənpərvərlik təkcə ələ silah alıb müharibədə iştirakdırmı? Vətənpərvərlik həm də dövlətə, millətə layiqincə qulluq etmək, ədalətli, vicdanlı vətəndaş olmaqdır”.

Teqlər: