Finalın fasiləsində Mbappe komanda yoldaşlarına nələr deyib?

Finalın fasiləsində Mbappe komanda yoldaşlarına nələr deyib?

DÇ-2022-nin finalında Argentina-Fransa matçının ilk hissəsindən sonra ikincilərin soyunub-geyinmə otağında danışılanlar üzə çıxıb.

AzerTimes xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb.

Qeyd olunub ki, ilk hissədə 2-0 geri düşən fransızlar ikinci hissədə geri dönüş edərək hesabı bərabərləşdiriblər. Lakin penaltilər seriyasına qədər uzanan görüşün qalibi Argentina millisi olub.

İlk hissədən sonra matçda het-trikə imza atan Kilian Mbappe komanda yoldaşlarına təsir edəcək çıxış bedib:

“Bu, dünya çempionatının finalıdır, bu, bir ömürlük matçdır. Onsuz bundan da daha pisi olmayacaq. Gəlin meydana qayıdaq. Ya onlara oynamağa icazə veririk, ya da bir az intensivlik yaradıb və döyüşə giririk. Ya da bir şey edin, dostlar.

Bu, Dünya Kubokunun finalıdır. İki qol vurdular, amma biz geri qayıda bilərik. Haydi, bu, yalnız dörd ildə bir dəfə olur”.

Teqlər: