Buna görə günahkar Rusiya deyil

Buna görə günahkar Rusiya deyil

İndi vəziyyət Soyuq müharibə dövründəkindən qat-qat təhlükəlidir. Bu vəziyyətə görə biz günahkar deyilik.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Teleqram hesabında yazıb.

Medvedyev bildirib ki, ABŞ 2026-cı ildə başa çatacaq START-3-ü əvəzləyəcək nüvə potensialının məhdudlaşdırılması ilə bağlı yeni müqavilə üçün Rusiyaya müraciət edəcək:

“Bayden könülsüz şəkildə deyib ki, hətta Soyuq müharibə dövründə SSRİ və ABŞ təhlükəsizlik məsələlərini müzakirə edərək kompromislər tapıblar”.

Vaşinqtonun bu təklifinə Medvedyev skeptik reaksiya verib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş nüvə silahından istifadə təhlükəsinin Soyuq müharibənin qızğın çağında olduğu səviyyəyə çatdığını bildirmişdi.

Teqlər: