Bulvarda qadın batdı, axtarış gedir – Video

Bulvarda qadın batdı, axtarış gedir – Video

Bakı şəhərinin Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində qadın batıb.

AzerTimes FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal hadisə yerinə cəlb edilən FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları dənizdə batması ehtimal edilən 1963-cü il təvəllüdlü Qurbanova Nərminə İslam qızının axtarışlarına başlayıblar.

Teqlər: