Bakıda 21 yaşlı oğlan özünü dənizə atıb.
Hadisə Dənizkənarı Milli Park ərazisində – Neftçilər prospekti 49 ünvanının qarşısında baş verib. Lənkəran rayon sakini olan 21 yaşlı Ülvi Şıxbabayev (ad və soyad şərtidir) özünü dənizə atıb. Parkın mühafizəçiləri onu xilas edərək təcili tibbi yardım briqadasına təhvil verib.
Lakin burada məlum olub ki, intihara cəhd edən gəncin ciddi psixi problemləri var və ona yerindəcə sakitləşdirici vurulub. Daha sonra əraziyə cəlb edilmiş psixiatrik briqada gənc oğlanı ruhi-əsəb xəstəxanasına aparıb.
Faktla bağlı araşdırma aparılır.