Bulvarda Formula 1 tamaşaçıları üçün tribunaların quraşdırılmasına başlanılıb

10-12 iyunda keçiriləcak 2022 Formula 1 Azərbaycan Qran Prisina
hazırlıqlar çərçivəsində Formula 1 trası – Bakı Şəhər Halqasında
tikinti işlərinə start verilib.

AzerTimes-ın məlumatına görə,
bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BSH) Yarış Obyektinin
Tikintisi üzrə rəhbəri Tom Butçer deyib.

Onun sözlərinə görə, tikinti-quraşdırma işləri çərçivəsində
təhlükəsizliyi təmin etmək məqsədilə beton blokların quraşdırılması
prosesi başlayıb.

Builki yarış tamaşaçıların iştirakı ilə keçiriləcəyi üçün artıq
Bulvar ərazisində də tribunaların quraşdırılmasına başlanılıb.
Trasla yanaşı Paddok ərazisində də infrastruktur-quraşdırma
işlərinə start verilir.

Teqlər: