Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində
İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli
Parkın ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən
təqribən 600 m aralı, nəzarətsiz ərazi) aşkar edilən kişi meyitinin
çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Nazirlikdən AzerTimes-a bildirilib ki, müraciətlə əlaqədar FHN-nin
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin
dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində 2003-cü il təvəllüdlü
Qənbərli İlkin Emil oğlunun meyiti aidiyyəti üzrə təhvil
verilib.