Bulvarda bayram keçirilir

Bulvarda bayram keçirilir

Bakıda, Dənizkənarı Milli Parkda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tatarların milli bayramı Sabantuy keçirilir.

AzerTimes xəbər verir ki, tədbirdə Tatarıstan Respublikasının rəisi Rüstəm Minnixanov və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak edir.

Onlar festivalda nümayiş edilən tematik ərazilərlə tanış olurlar.

Həmçinin festivala qatılanlar “Baursak evi”nin həyətində çay otağı kimi hazırlanmış fotozona ilə tanışa ola, orada tatar şirniyyatları, çay, keramika məhsulları ala və “baursak” adlı desertin dadına baxa bilərlər.

“Milli müdriklik evi”ni ziyarət edənlər tatar ictimai xadimlərinə həsr olunmuş sərgi ekspozisiyası ilə tanış olur, həmçinin tematik ustad dərslərində iştirak edirlər.

Tədbirin proqramına, həmçinin xalq sənətkarlığı yarmarkası və müxtəlif müsabiqələr daxildir.

Bayramın əsas səhnəsində isə Tatarıstan və Azərbaycan sənətkarlarının iştirakı ilə konsert keçirilir.

Qeyd edək ki, tədbirə giriş pulsuzdur.

Teqlər: