Bülənt Ərsoyun məzarının “dizaynı” açıqlandı: lift olacaq

Bülənt Ərsoyun məzarının “dizaynı” açıqlandı: lift olacaq

Dinimizə görə sağ adam üçün məzar yeri tutmaq yaxşı əlamət deyil. Amma bildiyiniz kimi, Türkiyədə bir ənənə var. 4-5 nəfərlik ailə qəbiristanlığı alınıb tikilir. Bildiyiniz kimi, Bülənt Ərsoyun atasının dəfni zamanı məzar başında bir mövzu oldu.

AzerTimes xəbər verir ki, bu sözləri Bülənt Ərsoyun köməkçisi Fevzi Siverek deyib.

“Bülənt xanım daxili işlər nazirimiz Süleyman Soyluya müraciət etdi, onlar da lütf göstərdilər və “nə lazımdırsa, edəcəyik” dedilər.

Zəncirliquyu ərazisindən Bülənt xanım üçün məzar yeri təşkil etdim. Amma pərəstişkarlarının bilməməsi üçün məzarı dərin edəcəyik. Dərin edəcəyimiz üçün Bülənt xanımın məzarını liftlə düzəldəcəyik. Onu liftlə endirəcəyik. Lift də şifrələnəcək. Bir də məzarı sadə edəcəyik. Büdcə ayırmışıq. Mənim bu dediyim qəbrin bitməsi, sistemi və s. təxminən 1,5 milyon lirə təşkil edir”, – deyə F.Siverek bildirib.

Teqlər: