Bugünə qədər vaksin olunan yeniyetmələrin sayı açıqlanıb

Xəbər - Çigniz Səfərli – Trend:

Bugünə qədər 439 nəfər yeniyetmə vaksinasiyada iştirak edib.

Səhiyyə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, onlar arasında hər hansı ağırlaşma yaxud fəsad qeydə alınmayıb.

Qeyd edək ki, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır: “Bildiririk ki, yeniyetmələr yalnız tibbi göstəriş olduğu halda hər iki valideyinin razılığı ilə peyvənd oluna bilərlər”.

Teqlər: