Buğdanın bu göstəriciləri ilə bağlı mühüm dəyişiklik

Buğdanın bu göstəriciləri ilə bağlı mühüm dəyişiklik

Dünya bazarında və regionda taxılın tədarükündə yaranan çətinliklər nəzərə alınmaqla, ərzaqlıq buğda təchizatının dayanıqlılığının təmin edilməsi məqsədilə Azərbaycanda tədarük olunan buğdanın keyfiyyət göstəriciləri “Taxıl və taxıl məhsulları” və “Qida məhsullarının keyfiyyəti və texnologiyası” Texniki komitələrinin növbədənkənar onlayn iclasında müzakirə edilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən AzerTimes-a verilən məlumata görə, qurumun tabeliyində “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin, həmçinin Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin nümayəndələrinin və mütəxəssislərin iştirakı ilə keçirilən iclasda tədarük olunan taxılın keyfiyyət göstəricilərinə dair tələblər təhlil olunub.

İclasda “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq AZS 888:2020 “Buğda.Texniki şərtlər” dövlət standartına dəyişikliklərin edilməsi qərara alınıb.

Qeyd edək ki, dövlət standartında edilən dəyişikliklər ölkəyə idxal olunan ərzaqlıq buğdanın seçim imkanlarının və tədarük potensialının genişləndirilməsinə şərait yaradacaq.

Teqlər: