Budanov yeni əks-hücumun vaxtını açıqladı

Budanov yeni əks-hücumun vaxtını açıqladı

Ukrayna Silahlı Qüvvələri bu ilin yazında yeni əks-hücum əməliyyatına başlayacaq.

AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

O bildirib ki, Rusiyanın hücum imkanları yazda tükənəcək, bunun ardınca Ukraynanın hücumu başlayacaq.

O, Rusiyanın qış hücumları zamanı Luqansk və Donetskin sərhədlərinə çatmağı hədəflədiyini, lakin buna nail olmadığını da əlavə edib.

Teqlər: