Buça və İrpindən olan görüntülər müzakirələrə kölgə saldı – Mövlud Çavuşoğlu

Buça və İrpindən olan görüntülər müzakirələrə və müsbət
atmosferə kölgə saldı.

Trend-in məlumatına görə bunu Türkiyə xarici
işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında
deyib.

O qeyd edib ki, Ukraynadakı müharibə ilə bağlı bütün dünyada
ciddi narahatlıq var. Müharibənin təsirləri hər yerdə hiss
olunur.

“Tərəfdaşlarımızla bu görüşü təşkil etmək vacib idi. Son sessiya
bizim Ukraynaya necə kömək edə biləcəyimizi, bu müharibəni necə
dayandıra biləcəyimizi müzakirə etmək üçün keçirdiyimiz sessiya
idi. Sessiyalardakı bütün həmsöhbətlərimiz və bir çox
müttəfiqlərimiz Türkiyənin oynadığı roldan bir daha məmnunluqlarını
ifadə etdilər”, – deyə M.Çavuşoğlu əlavə edib.

Teqlər: