Bu yutuber X-dan iki aya 1 milyon dollar qazandı

Bu yutuber X-dan iki aya 1 milyon dollar qazandı

Dünyanın ən məşhur yutuberi “MrBeast” (Cimmi Donaldson) X səhifəsində yerləşdirdiyi 5 köhnə videosundan iki ayda 1 milyon dollar qazanıb.

AzerTimes xəbər verir ki, bu barədə bloger özünün X səhifəsində yazıb.

Bildirilib ki, onun videolarının hər birinə 123-177 milyon baxış olub. Ümumilikdə isə X səhifəsində “MrBeast”in vidolarına 750 milyondan çox baxılma olub.

“Hazırda X-da reklam gəliri təxminən bir milyon dollardır. Mən onları video büdcəmə əlavə edirəm ki, kontentə daha çox pul xərcləyim”, – bloger bildirib.

Qeyd edək ki, “MrBeast” 250 milyon izləyici ilə 2023-cü ildə Yutubun ən çox qazananlarından olub. Onun ötənilki qazancı 100 milyon dollardan çoxdur. Onun paylaşdığı bir video orta hesabla 1.8 milyon dollar gəlir gətirir.

Teqlər: