Bu yollarıda tıxac var

Bu yollarıda tıxac var

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Bu barədə AzerTimes-a Mərkəzdən bildirilib.

Hazırda bu yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

Heydər Əliyev prospekti kənar yol – Mərkəz istiqamətində;

Qara Qarayev prospekti – Qara Qarayev metrostansiyasından Koroğlu metrostansiyası istiqamətində;

Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar metrostansiyası istiqamətində;

Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;

Bakı-Sumqayıt şosesi – 20 Yanvar metrostansiyası istiqamətində;

Tiflis prospekti, 20 Yanvar metrostansiyasıdan mərkəz istiqamətində;

28 May küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

Babək prospekti – Mərkəz istiqamətində;

Mikayıl Useynov prospekti – Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;

Əbdülvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;

20 Yanvar dairəsində.

Teqlər: