Bu yolda sürət həddi bərpa edildi

Bu yolda sürət həddi bərpa edildi

Küləkli və qarlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə AzerTimes-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Eyni zamanda bütün məlumat sürət tablolarından “Güclü külək” və “sürüşkən yol” işarəsi də götürülüb.

Qeyd edək ki, yanvarın 22-də küləkli hava şəraiti ilə əlaqədar bu yolda sürət həddi 20 km/saata endirilmişdi.

Teqlər: