Bu yolda nasaz maşın sıxlığa səbəb oldu

Bu yolda nasaz maşın sıxlığa səbəb oldu

Bakıda avtomobil yolda nasaz qalıb, sıxlıq müşahidə olunur.

Bu barədə AzerTimes-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Tiflis prospektindən üzü 20 Yanvar metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur. Buna səbəb isə həmin istiqamətdə yolda nasaz nəqliyyat vasitəsinin qalmasıdır.

Sıxlığın aradan qaldırılması üçün əraziyə yol polisi cəlb olunub.

Teqlər: