Bu xəstəxanada qanunazidd hallar: TƏBİB-dən reaksiya

Bu xəstəxanada qanunazidd hallar: TƏBİB-dən reaksiya

Əhalinin sağlamlığının qorunması sahəsində tibbi xidmətlərin göstərilməsi, eləcə də xidmətin təşkili zamanı yol verilən nöqsan və hüquqpozmalar barədə atılan addımları dəstəkləyirik.

AzerTimes xəbər verir ki, bu barədə TƏBİB Report-un Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxslərinin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı ünvanlandığı sorğuya cavab olaraq bildirib.

Qeyd olunub ki, bu istiqamətdə aidiyyəti orqan və qurumlarla sıx əməkdaşlıq həyata keçirilir:

“Tərəfimizdən nöqsanlar aşkar edildiyi təqdirdə müvafiq qaydada məlumatlar aidiyyəti üzrə təqdim olunur”.

“TƏBİB-in struktur bölmələri tərəfindən intensiv olaraq tibb müəssisələrində monitorinq, xidməti araşdırma və yoxlamalar aparılır, məlumatlar toplanılır, qanunazidd hallara şübhə yarandığı təqdirdə prokurorluq orqanlarına aidiyyəti üzrə tədbirlərin görülməsi ilə bağlı müraciət olunur”, – məlumatda bildirilib.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin vəzifəli şəxsləri Vidadi Qaçay oğlu Hüseynov, Məhəbbət Əliş oğlu Abdullayev və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Teqlər: