Bakı marafonu iştirakçılarına hava ilə bağlı müraciət

Bakı marafonu iştirakçılarına hava ilə bağlı müraciət

Sabah Bakıda və Abşeron yarımadasında havanın arabir tutulub açılacağı gözlənilir. Səhər saatlarında, əsasən saat 10:00-12:00 radələrində bəzi yerlərdə zəif yağış yağacağı ehtimalı var.

AzerTimes xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin direktoru Nazim Mahmudov bildirib.

O qeyd edib ki, gün ərzində mülayim cənub-şərq küləyinin əsəcəyi, küləyin sürətinin saniyədə 7-12 metr olacağı, arabir 14-16 metr təşkil edəcəyi, havanın temperaturunun 17-21 dərəcə isti olacağı gözlənilir.

Xidmət rəsmisi “Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarından geyimlərini hava şəraitinə uyğun seçmələrini tövsiyə edib.

Teqlər: