Bu universitetə yeni mətbuat katibi təyin olundu

Bu universitetə yeni mətbuat katibi təyin olundu

Jurnalist Nicat Abdullayev Azərbaycan Memarlıq və İnşaat Universitetinin PR və Media bölməsinə rəhbər təyin olunub.

AzerTimes xəbər verir ki, bununla bağlı universitetin rektoru Gülçöhrə Məmmədova əmr imzalayıb.

Nicat Abdullayev Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib və bu təyinatına qədər İctimai, eləcə də ARB24 telekanallarında müxbir, redaktor, Azərbaycan Texniki Universitetində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumlarında PR menecer vəzifələrində çalışıb.

Teqlər: