Bu universitetdə qalmaqal böyüyür: bufetlər bağlandı

Bu universitetdə qalmaqal böyüyür: bufetlər bağlandı

Lənkəran Dövlət Universitetinin bufeti bağlanıb.

AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb.

Məlumata görə, universitet bir neçə gün öncə Qida Təhlükəsizliyi Agentliyinin bufetdə aşkarladığı nöqsanlara görə bağlanacağını elan edib. Daha sonra universitet rəhbərliyi bunun yalan olduğunu, xəbərin kibercinayətkarlar tərəfindən paylaşıldığını bildirib.

Hadisənin səhəri günü isə bufetlər həqiqətən bağlanıb.

Tələbələr bildiriblər ki, bufetlərin bağlanmasına görə ətrafdakı kafelərin ümidinə qalıblar, bu isə onlara baha başa gəlir.

Qeyd edək ki, bi müddət öncə LDU-nin sosial şəbəkə hesabında AQTA-nın Lənkəran Regional Bölməsinin ünvanına kəskin yazı yerləşdirilmişdi. Daha sonra universitet rəhbərliyi AQTA-dan “LDU-ya ünvanlanmış rəsmi məktubun qeyri-rəsmi şəxslərin əlinə düşməsinə və həmin sənədin universitetin rəsmi Feysbuk səhifəsində verilməsnə görə” prorektor Azər Əliyevə töhmət vermiş, veb səhifələrin administratoru Ənvər Şahqubadbəylini isə vəzifədən azad etmişdi.

Görünür, qalmaqal bununla yekunlaşmayıb.

Teqlər: