Jurnalist Nurlan Cəfəri həbs edildi

Jurnalist Nurlan Cəfəri həbs edildi

Bir qrup şəxs tərəfindən qanunsuz təşkil edilən aksiya cəhdində ictimai asayişi mühafizə edən polis əməkdaşlarının fəaliyyətinə müdaxilə edən (jurnalist) Nurlan Cəfəri inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə AzerTimes-a DİN-in mətbuat xidmətinin əməkdaşı, polis leytenantı İbarahim Əmiraslanlı bildirib.

O qeyd edib ki, paytaxtın Yasamal rayonunda qanunsuz aksiyada polis əməkdaşlarının xidməti fəaliyyətinə mane olduğu, jurnalist etikasından kənar hərəkətlər etdiyi üçün ərazidən uzaqlaşdırılıb.

Qeyd olunan ərazidə aparılan digər çəkilişlərdə N.Cəfərinin polis əməkdaşlarının xidməti fəaliyyətinə mane olmaqla kobudluq etməsi və əl hərəkətləri onları vurmağa cəhd göstərməsi müşahidə edilib. O, bu əməllərə görə polis orqanına dəvət edilməklə etdiyi hərəkətlər sübutlarla ona əyani göstərilib. Konkret sübutlar qarşısında etdiyi hərkətlərdən peşman olduğunu bildirən N.Cəfəri barəsində toplanan materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə N.Cəfəri barəsində 15 sutka inzibati tənbeh tədbiri tətbiq edilib.

Teqlər: