Bu universitet də tələbələrə qəribə qadağa tətbiq etdi – Foto

Bu universitet də tələbələrə qəribə qadağa tətbiq etdi – Foto

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bufetinə kənardan yemək gətirmək qadağan olunub.

AzerTimes xəbər verir ki, bununla bağlı “Azərbaycan Universitetləri” səhifəsində foto paylaşılıb.

Həmin elan sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Bəzi tələbələr isə digər universitetlərdə də belə bir qadağanın olduğunu qeyd ediblər.

Xatırladaq ki, bir neçə gün əvvəl buna oxşar hadisə Azərbaycan Tibb Universitetində yaşanmışdı. Belə ki, təhsil müəssisəsinin kitabxanasının girişində buraya tələbələrə şort və maykada girişin qadağan olunması ilə bağlı elan vurulmuşdu.

Teqlər: