Türkiyə güvən ölkəsidir, ona zərər verməyə çalışanlar bunun əvəzini ödəyəcəklər.
AzerTimes xəbər verir ki, bunu AKP sözçüsü Ömər Çelik İstiqlal küçəsindəki teraktdan danışarkən deyib.
“Təhlükəsizlik qüvvələrimiz çox sürətli iş ilə cinayətkarı yaxalaya bildi. Bu hadisə Türkiyənin terrorla mübarizə imkanlarının nə qədər güclü olduğunu göstərdi. Burada hamımız həyatı normal vəziyyətə qaytarmaq üçün səy göstərdik”, – Çelik söyləyib.
Qeyd edək ki, noyabrın 13-də İstanbulun Taksim meydanı yaxınlığında yerləşən İstiqlal prospektindəki terakt nəticəsində 6 nəfər həlak olub, 81-i isə yaralanıb.